Ölkəmizdə 150-dən çox çimərlik fəaliyyət göstərir
Bakı, 12 iyun, AZƏRTAC
Xəzər dənizinin 60-70 faizi çimərlik turizmi üçün yararlıdır. Amma bunlardan müvafiq məqsədlərlə istifadə edilmir.
Bu sözləri Turizm Şurasının dördüncü iclasında Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Mahir Qəhrəmanov deyib.
“Rayon icra hakimiyyətlərindən daxil olan siyahılara əsasən ölkəmizdə 158 çimərlik fəaliyyət göstərir. Yeni çimərliklərin yaradılması məqsədilə Bakı şəhəri üzrə 9, Xaçmaz şəhəri üzrə 1 yer müəyyənləşdirilərək peyk görüntüləri təqdim edilib. Bakı şəhəri Şüvalan qəsəbəsi və Sumqayıt şəhərinin müvafiq sahilboyu ərazilərində ümumilikdə iki çimərliyin yaradılması üçün bizə müraciət olunub. Bu istiqamətdə yaxın vaxtlarda işçi qrupu tərəfindən müvafiq addımlar atılacaq”, - deyə M.Qəhrəmanov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]