OMBUDSMAN UŞAQLARIN SAĞLAMLIĞI MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ ETMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, görüşdə əsas diqqət əhalinin, o cümlədən uşaqların sağlamlığı məsələlərinə, həmçinin son illər aktual olan yod çatışmazlığı probleminə yönəldilmişdir. Respublikamızda bu istiqamətdə bir sıra işlərin görüldüyü, müvafiq qanunun, normativ sənədlərin qəbul edildiyi nəzərə çatdırılmışdır.
Q.Gerasimov əhalinin bütün təbəqələri ilə, həmçinin qadınlar və uşaqlarla işləyən ombudsmanın bu problemin həllində yardımçı olacağına, geniş məlumatlandırma işi aparacağına ümid bəslədiyini söyləmişdir. O, YUNİSEF-in həmin problemlə əlaqədar proqramının davamlı həyata keçiriləcəyini bildirmişdir.