Özbəkistanda son 24 saatda COVID-19 koronavirusuna 686 adam yoluxub
Daşkənd, 28 iyul, AZƏRTAC
Son gündə Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 686 nəfər artıb və 21 min 506-ya çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada ölkədə virusdan 5 xəstə ölüb və vəfat edənlərin sayı 122-yə çatıb.
Bildirilir ki, xəstəxanalarda 9 min 710 nəfər var. Onların 215-nin vəziyyəti ağır, 85-nin isə çox ağırdır.
Ölkədə epidemioloji vəziyyətin gərginləşməsi ilə bağlı hərbi həkimlər də koronavirusla mübarizəyə cəlb olunub.
Özbəkistan mətbuatının yaydığı məlumata görə, Asiya İnkişaf Bankı ölkəyə növbəti humanitar yardım göndərib. Yardıma koronavirusun müalicəsində istifadə edilən tibb avadanlığı və qoruyucu vasitələr daxildir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]
Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb
- 05.10.2026 [14:33]
Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır
- 05.10.2026 [14:20]
Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır
- 05.10.2026 [14:16]