Pakistanda silahlı şəxslər hərbi mərkəzə hücum ediblər
Bakı, 12 iyul, AZƏRTAC
Bu gün səhər saatlarında Pakistanın Bəlucistan əyalətində hərbi mərkəzə hücum edilib.
AZƏRTAC Pakistan mediasına istinadla xəbər verir ki, hücum nəticəsində dörd əsgər həlak olub, daha beş nəfər yaralanıb. “Aamaj News” agentliyinin məlumatına görə, hücumun məsuliyyətini yeni yaradılmış “Təhrik-i-Cihad Pakistan” qruplaşması üzərinə götürüb.
Silahlılar əvvəlcə mərkəzin ərazisinə daxil olmağa çalışsalar da, mühafizəçilər onları içəri buraxmayıb. Bundan sonra şiddətli atışma başlayıb. Silahlı şəxslərdən üçü mühasirəyə alınaraq öldürülüb, hərbçilər daha iki nəfəri axtarır.
Dairənin komissarı “Dawn” nəşrinə bildirib ki, atışma zamanı təsadüfən yol keçən bir nəfər də ölüb, bir neçə mülki şəxs yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]