Paulo Dibala “Lion”la oyuna qatılmaya bilər
Bakı, 29 iyul, AZƏRTAC
İtaliyanın “Yuventus” futbol klubunun aparıcı futbolçularından olan Paulo Dibala zədələnib.
AZƏRTAC İtaliya mətbuatına istinadla xəbər verir ki, 26 yaşlı argentinalı yarımmüdafiəçi A Seriyasının 36-cı turunun “Sampdoriya” ilə matçında (2:0) zədələnib. Dibalanın ən tez 10 gündən sonra komanda ilə məşqlərə qoşulacağı bildirilir. Argentinalı hücumçunun UEFA Çempionlar Liqasında “Lion”la matçda iştirakı da sual altındadır.
Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin “Yuventus” - “Lion” cavab matçı avqustun 7-də oynanılacaq. Komandalar arasında Fransada keçirilən ilk görüşdə “Lion” 1:0 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]