Paytaxt sakini Zaqatalada dəm qazından boğularaq ölüb


Zaqatala, 24 mart, AZƏRTAC
Zaqatalada dəm qazından zəhərlənmə qeydə alınıb. Rayonun Aşağı Tala kəndinə qonaq gələn paytaxt sakininin hamamda meyiti aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, səhər saatlarında Aşağı Tala kəndində bir nəfərin hamam otağında huşsuz vəziyyətdə aşkar edilməsi barədə məlumat daxil olub. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası göndərilib. Həkimlərə qədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, meyiti aşkar edilən Bakı şəhər sakini 34 yaşlı Sənan Məmmədov ailəsi ilə birlikdə Novruz bayramını qeyd etmək üçün Zaqatalaya gəlibmiş.
İlkin ehtimallara görə, o, dəm qazından boğularaq ölüb. Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Zaqatala rayon prokurorluğunda faktla bağlı araşdırma başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.04.2025 [17:05]
Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb
- 22.04.2025 [17:02]
Naxçıvanda kiçik, orta və iri sahibkarlıq subyektləri ilə görüş olub
- 22.04.2025 [16:04]
Naxçıvanda fərdi baytarlara yeni avadanlıq və ləvazimatlar təqdim olunub
- 22.04.2025 [15:24]
Uşaq İncəsənət Festivalı Gəncədə - FOTOREPORTAJ
- 22.04.2025 [12:52]