PEKİNDƏ OLİMPİADA-2008-İN MƏTBUAT MƏRKƏZİ AÇILMIŞDIR
XXIX Olimpiyadanın Təşkilat komitəsinin vitse-prezidenti Szyan Syaoyuy mərasim istirakçılarını salamlayaraq demişdir: “KİV-lərin geniş təmsilçiliyi və dəstəyi olmadan Olimpiya oyunlarının uğurundan söhbət gedə bilməz”.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Keven Qosper Pekin hakimiyyətinin ünvanına minnətdarlıq sözləri ilə müraciət etmişdir: “BOK Pekin rəhbərliyinin Olimpiadaya hazırlıq prosesində nail olduğu tərəqqidən məmnun qalmışdır”. Qosperin sözlərinə görə, bütün dünya qarşıdakı Olimpiadaya böyük ümidlər bəsləyir. Bu gün açılan mətbuat mərkəzi yalnız Çin KİV-ləri üçün deyil, xarici mətbuat üçün də böyük əhəmiyyət daşıyır. Məhz bu mətbuat mərkəzi vasitəsilə dünya Olimpiadaya hazırlığın gedişindən və Çinin həyatından xəbər tuta bilər. Qosperin proqnozlarına görə, 2008-ci ildə keçiriləcək Olimpiadanın işıqlandırılması üçün Pekinə 22-23 min yerli və xarici ölkə jurnalisti gələcəkdir.
BOK-un XXIX Olimpiya oyunlarına hazırlıq üzrə əlaqələndirmə komitəsinin nümayəndə heyəti, eləcə də BOK-un prezidenti Jak Roqq indi Çinin paytaxtındadır. Onlar Olimpiadaya hazırlığın gedişi, o cümlədən idman obyektlərinin tikintisi prosesi ilə tanış olurlar.