PENSİYA VƏ MÜAVİNƏTLƏR VAXTINDA ÖDƏNİLİR
Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ilin doqquz ayı ərzində hüquqi və fiziki şəxslərdən əvvəlcədən nəzərdə tutulmuş 2 milyard 958 milyon manat əvəzinə, 3 milyard 74 milyon manat vəsait toplanmışdır. Bu da, əhaliyə pensiya və müavinətlərin vaxtında verilməsinə imkan yaratmışdır.