QAN YADDAŞI
Qanlı Yanvar hadisələri xalqımızın azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi
![](/files/galleryphoto/2023/1/1200x630/16741612463728835782_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16741612462442236085_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16741612463237656636_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/167416124692723355_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16741612462055952530_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16741612465657740563_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16741612465179149205_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/1674161246504964732_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16741612465894019424_1200x630.jpeg)
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyində 20 Yanvar qurbanlarının xatirəsinə həsr edilmiş fotosərgi təşkil edilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, faciə qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən səfir Elxan Poluxov yanvar hadisələri və onun gedişatı haqqında qonaqlara ətraflı məlumat verib. Bildirib ki, bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olub.
Qanlı Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyi söylənilib. Faciəvi hadisələrdən dərhal sonra Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyində mətbuat konfransı keçirərək bu vəhşiliyi kəskin şəkildə pisləyib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edildiyi qonaqların nəzərinə çatdırılıb.
Sonda səfir E.Poluxov tədbirdə iştiraklarına və xalqımızın kədərinə şərik olduqlarına görə qonaqlara öz dərin təşəkkürünü ifadə edərək, Qara Yanvar hadisələrinə həsr edilmiş misirli yazıçı və jurnalistlərə dərc etdikləri maarifləndirici məlumatlara görə xüsusi təşəkkürünü bildirib.
Tədbir çərçivəsində fotosərgi ilə yanaşı, qonaqlara 20 Yanvar hadisələrinə həsr edilmiş videoçarxlar nümayiş etdirilib, ərəb dilində nəşr olunmuş kitablar paylanılıb.