Qaxda ilk dəfə eyni anda 100 lövhədə şahmat seansı keçirilib
Bakı, 12 iyul, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan silsilə tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Qaxda ilk dəfə eyni anda 100 lövhədə seans keçirilib.
Seansda Türkan Məmmədyarova, Abdulla Qədimbəyli, Gövhər Beydullayeva və Xanım Balacayeva balaca rəqiblərinə qarşı mübarizə aparıblar. Seansın sonunda qrosmeysterlər cəmi 68 lövhədə qələbə qazanıb, 30 oyun heç-heçə ilə başa çatıb və 2 görüşdə qrosmeysterlər məğlub olublar.
Tədbirin sonunda yeniyetmə şahmatçılara federasiyanın xatirə hədiyyələri təqdim edilib.
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirlər növbəti aylarda da Bakıda və digər regionlarda da təşkil olunacaq.