Qazaxıstandan Türkiyəyə aviareyslərin bərpası planlaşdırılır
Nur-Sultan, 28 iyul, AZƏRTAC
Qazaxıstandan Tailand, Türkiyə və Gürcüstana aviareyslərin bərpası planlaşdırılır. Dəyişikliklər avqustun 10-dan etibarən qüvvəyə minə bilər.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan avqustun 10-dan etibarən Gürcüstan, Tailand və Türkiyəyə uçuşları bərpa etməyi planlaşdırır. Bunu ölkənin Turizm Sənayesi Komitəsinin sədri Dastan Rıspekov açıqlayıb.
Qeyd edək ki, iyunun 20-də Qazaxıstandan Türkiyə və Koreya Respublikasına beynəlxalq uçuşlar bərpa edilmişdi. İyulun 4-də epidemioloji vəziyyətin pisləşməsi səbəbindən uçuşlar Türkiyəyə müvəqqəti olaraq dayandırılmışdı.
Hazırda epidemioloji vəziyyətin yaxşılaşmasını nəzərə alaraq bir sıra ölkələrlə hava əlaqəsinin bərpası məsələsi üzərində iş aparılır, o cümlədən avqust ayında Tailand və Gürcüstana aviareyslərin açılması planlaşdırılır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]
Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb
- 05.10.2026 [14:33]
Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır
- 05.10.2026 [14:20]
Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır
- 05.10.2026 [14:16]