Qırğızıstandan olan məşqçi: Yarışlar idmançılar üçün çox yaxşı təcrübə oldu
Şuşa, 5 oktyabr, T.Ağaməmmədov, AZƏRTAC
Biz çox şadıq ki, III MDB Oyunları çərçivəsində Xankəndi şəhərində keçirilən kamandan oxatma yarışlarında iştirak etdik. Hər şey yaxşı idi. Xüsusən təşkilatçılıq yüksək səviyyədə idi. Medal qazanmasaq da bu bizim idmançılar üçün çox yaxşı təcrübə oldu.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində III MDB Oyunlarının Xankəndi şəhərində təşkil olunan kamandan oxatma yarışında iştirak edən Qırğızıstandan olan məşqçi Eliza Tynaliyeva deyib.
“Biz burada Qarabağın özəlliyini hiss etdik. Bura çox gözəldir. Təbiət də, insanlar da. Hər şeyə görə təşəkkür edirəm”, - deyə o bildirib.
Qeyd edək ki, Xankəndi şəhər stadionunda kamandan oxatma yarışları başa çatdıqdan sonra idmançılar və nümayəndə heyətlərinin üzvləri Qarabağın incisi olan Şuşa şəhərinə səfər ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]