Qonşusunu qəsdən öldürməkdə təqsirləndirilən şəxs həbs olunub
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 11-i Bərdə rayonunun Qarağacı kənd sakini 1967-ci il təvəllüdlü Sahib Bayramovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Bərdə Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, aparılmış istintaqla 2006-cı il təvəllüdlü Zöhrab Əsgərovun iyulun 9-da aralarında yaranmış mübahisə zamanı Sahib Bayramova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun 2 gün sonra müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Fakta dair Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Bərdə Rayon Prokurorluğunda cinayət işinin istintaqı aparılır.
Zöhrab Əsgərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [20:14]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [19:24]
Qida ilə təmasda olan mütəxəssislərə qanunvericiliyin tələbləri izah edilib
- 28.09.2026 [18:30]
Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb
- 28.09.2026 [18:27]