Qubanın turizm imkanları genişlənir
Quba, 23 iyul (AZƏRTAC). Quba rayonunun təbii iqlim şəraiti, əsrarəngiz təbiət mənzərələri turizmin inkişafı üçün çox əlverişlidir. Rayonun füsunkar təbiətini seyr etmək üçün buraya gələn yerli və xarici turistlərin sayı ildən-ilə artır.
Rayon mədəniyyət və turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bu gün Qubada 40 turizm obyekti fəaliyyət göstərir. Özəl sektorda turizm-istirahət komplekslərinin sayının artması müşahidə olunur. Turizm mərkəzlərində qonaqların mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.
Hazırda rayonda 3 yeni turizm obyekti tikilir. Əski-İqriq kəndi yaxınlığında tikilən "Riksos otel" turizm kompleksi dünya standartlarına uyğun inşa edilir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il rayona turist axınında 30 faiz artım olmuşdur. Turistlər daha çox dünya əhəmiyyətli abidə sayılan Xınalıq kəndinə maraq göstərirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]