Respublika ərazisində 785 094 ədəd müxtəlif ağac və kol bitkisi əkilmişdir
Bakı, 11 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən 2010-cu il noyabrın 1-6-da respublika ərazisinin 391,28 hektar sahəsində 785 094 ədəd müxtəlif ağac və kol bitkisi əkilmişdir.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, 70,1 hektar sahədə əkilən ağaclardan 69724 ədədi Bakı və Bakı ətrafı ərazilərin payına düşür.
Əkilən ağaclar ETSN-nin Kür Regional Meşə Tingliyi Müəssisəsi, Xırdalan, Abşeron, Ağcabədi, Zaqatala və Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin tinglik sahələrində yetişdirilmişdir.
ETSN-nin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondu torpaqlarında isə heç bir əlavə vəsait xərclənmədən 321,18 hektar sahədə 715 370 ədəd müxtəlif ağac və kol bitkisi əkilmişdir. Əkilən ağaclar müəssisənin öz tinglik sahələrində yetişdirilmişdir.
Ümumiyyətlə, 2010-cu ilin payız əkin mövsümünün sonuna qədər respublika ərazisində 6 130 480 ədəd ağacın əkilməsi nəzərdə tutulmuşdur.
Hazırda ərazilərdə əkin, meşəbərpa, suvarma və qulluq işləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]