RUSİYA PREZİDENTİNİN 63 YAŞLI MÜŞAVİRİ CÜDO ÜZRƏ AVROPA ÇEMPİONU ADINI QAZANDI
Rusiyanın şimal paytaxtının “Yubileynı” İdman sarayında keçirilən qitə birinciliyində 16 ölkənin 30 yaşdan 75 yaşadək olan təxminən 300 cüdoçusu mübarizə aparır.
63 yaşlı beynəlxalq dərəcəli idman ustası A.Aslaxanov 60-64 yaşlı cüdoçular arasında 90 kiloqramadək çəkidə bütün rəqiblərini məğlubiyyətə uğradaraq, fəxri kürsünün “qızıl” pilləsinə qalxmışdır.
Prezident müşaviri final görüşündən sonra jurnalistlərə bildirmişdir ki, çempionata ancaq qələbə əzmi və bir də, dövlət məmurlarına sağlam həyat tərzinin nə demək olduğunu nümayiş etdirmək niyyəti ilə gəlmişdir. “Rəqiblərim çox güclü müqavimət göstərirdilər, görünür, Rusiya Prezidentinin müşavirinə qalib gəlməklə qürrələnmək istəyirdilər. Lakin mən onların arzularını gözündə qoydum. Prezidentin etimadını doğrultmamağa, sadəcə, haqqım yox idi”.
A.Aslaxanov həmçinin demişdir ki, indi qarşıda onu veteranlar arasında sambo üzrə dünya çempionatı gözləyir. Yarışlar noyabrın ortalarında Düşənbədə keçiriləcəkdir.