RUSİYA VƏ UKRAYNA İKİLİ VƏTƏNDAŞLIQ HAQQINDA QANUNUN QƏBUL EDİLMƏSİNİ İSTƏYİRLƏR
Xatırlatmaq lazımdır ki, Rusiya qanunvericiliyinə görə, bütün əcnəbi vətəndaşlar, o cümlədən MDB ölkələri vətəndaşları Rusiyaya daxil olduqları yerdə 3 gün ərzində qeydə alınmalıdırlar.
Bununla yanaşı, hazırda Rusiya və Ukrayna parlamentləri ikili vətəndaşlıq haqqında məsələnin müzakirəsinə başlamışlar.
Rusiya və Ukrayna arasında viza rejiminin sadələşdirilməsi ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının üzvləri, parlamentin yuxarı və aşağı palatalarının sədrləri ilə müşavirə keçirmişdir. Dövlət başçısı bu məsələyə dair məsləhətləşmələrə başlamağı tövsiyə etmiş və bildirmişdir ki, Rusiya ilə Ukrayna arasında xüsusi münasibətlər mövcuddur.