Sabah Abşeron yarımadasında gözlənilən soyuq diskomfort hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 27-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə yanvarın 27-i axşamadək Abşeron yarımadasında gözlənilən güclü xəzri küləyi fonunda soyuq diskomfort hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. Yanvarın 28-də soyuq temperatur gözlənilsədə, havanın oksigenlə zəngin olması müsbət amildir.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° şaxta, dağlıq ərazilərdə 14-19° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 14-19° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.