ŞAMAXIDA TRİKOTAJ FABRİKİ TİKİLİR
“Star Ltd” Məhdud Məsuliyyətli Cəmiyyəti Şamaxı şəhərində yeni trikotaj fabriki inşa edir. 60 nəfər inşaatçının çalışdığı obyektdə tikinti işlərinə cəmi bir aydır ki, başlanıb. “Star Ltd” MMC-nin baş direktoru Tuqay Ertan AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, fabrikin tikintisi bu ilin sonunadək başa çatdırılacaqdır. Obyektə 4,5 milyard manat vəsait cəlb olunacaqdır. 300 nəfər daimi işçinin çalışacağı fabrikdə qadın və kişi, habelə uşaq geyimləri istehsal olunacaqdır. Quraşdırılacaq ən müasir texniki avadanlıq məhsulların keyfiyyətlə hazırlanmasına şərait yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:57]
“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq
- 05.10.2026 [14:13]
Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək
- 05.10.2026 [13:31]
Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır
- 05.10.2026 [12:31]