ŞƏHİD MİLLİ QƏHRƏMANIN XATİRƏSİ ANILMIŞDIR
Səbail Rayon Təhsil Şöbəsi və Milli Qəhrəmanları Tanıtma Birliyinin təşkil etdiyi tədbirdə şıxış edənlər qəhrəman haqqında xatirələrini danışmışlar. İncəsənət ustalarının ifasında Vətənə, şəhidlərə, ümummilli liderimiz Heydər Əliyevə həsr edilmiş şerlər səslənmiş, mahnılar ifa olunmuşdur. Tədbirin iştirakçılarına Koroğlu Rəhimov haqqında yazılmış kitab paylanmışdır.