Şəki Uşaq Musiqi Məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar
Şəki, 5 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən “İnternasional Music Astana” adlı I Beynəlxalq onlayn vokal-instrumental müsabiqədə uğurla çıxış edərək, festivalın Qran-prisinə və laureat adına layiq görülüblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak edən musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Nuray Əhmədova 2-ci dərəcəli, xalq çalğı alətləri ixtisası üzrə şagirdi Mətin Mustafazadə 3-cü dərəcəli laureat adına, şagirdlərdən Elşad Pirimov və Sabir Cabbarov isə zərb alətləri nominasiyası üzrə festivalın Qran-prisinə layiq görülüblər.
Şagirdləri müsabiqəyə hazırlayan ixtisas müəllimlərinə təşəkkür məktubları göndərilib.