ŞƏKİDƏ REGİONAL BİZNES-TƏDRİS MƏRKƏZİ AÇILMIŞDIR
Bu mərkəzin yaradılmasında əsas məqsəd sahibkarlığın regional infrastrukturunun formalaşdırılması və inkişafına kömək göstərilməsi, sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlayanlara hüquqi və iqtisadi məsləhət xidmətləri göstərilməsi, sahibkarların informasiya təminatı, dövlət təşkilatları, habelə xarici ölkələrin sahibkarları ilə onlara əməkdaşlıq əlaqələrinin qurulmasını təşkil etməkdir. Mərkəz vahid sistem çərçivəsində əlaqələndirilmiş informasiya xidmətləri təşkil edəcək, sahibkarlara təlim-məsləhət, təmsilçilik xidmətləri göstərəcəkdir. İş adamları biznes-tədris mərkəzi vasitəsi ilə dövlət tənzimlənməsi, innovasiyalar, xarici və beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, habelə ölkəmizin, həmçinin Şəki- Zaqatala iqtisadi rayonunun sosial iqtisadi inkişafı ilə bağlı məlumat və operativ biznes xəbərləri əldə etmək imkanı qazanmışlar. Mərkəzin Qax, Balakən və Zaqatala rayonlarında dayaq məntəqələri yaradılmışdır.
Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları mərkəzlə tanış olmuşlar. Sonra Fərhad Əliyev “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətində istehsal sahələrinə baxmış, respublikamızda təbii ipək xalça istehsal edən yeganə xalça sexi ilə tanış olmuşdur.