Şərurda ağacəkmə kampaniyası davam edir
Şərur, 26 noyabr (AZƏRTAC). Ekologiya ili çərçivəsində Şərur rayonunda yeni meyvə bağı salınır. Bu məqsədlə ayrılmış 5 hektar ərazinin 2,5 hektarına 3.200 ədəd müxtəlif meyvə tingləri əkilmişdir. Keyfiyyətli çıxış alınması üçün əkilən tinglər operativ olaraq suvarılmışdır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın əvvəlinədək işlər yekunlaşdırılacaq və əraziyə 7 minədək meyvə tingi əkiləcəkdir.
Bundan başqa, payız mövsümü başlanandan indiyədək Naxçıvan-Sədərək maqistral yolunun Şərur rayonu ərazisindən keçən hissəsinin sağ və sol tərəflərində 1.300 meşə ağacı və 1.200 meyvə tingi əkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]