SƏTTARXANÇILAR MÜƏSSİSƏNİN KEÇMİŞ ŞÖHRƏTİNİ BƏRPA EDİRLƏR
“Səttarxan adına maşınqayırma zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, müəssisədə hazırlanan 22 adda neft-mədən avadanlığı Dövlət Neft Şirkətindən əlavə Rusiya, Ukrayna, Qazaxıstan, Vyetnama da satılır. Müəssisə daha bir neçə ölkədəki tərəfdaşları ilə keçmiş əlaqələrini yaxın vaxtlarda bərpa edəcəkdir.
Zavod MDB məkanında 5 adda məhsuluna beynəlxalq APİ sertifikatı almış yeganə müəssisədir.