Şimali Koreyanın buraxdığı raket ABŞ-ın istənilən nöqtəsinə çata bilər
Bakı, 12 iyul, AZƏRTAC
KXDR-in bu gün buraxdığı qitələrarası ballistik raket normal uçuş trayektoriyası ilə ABŞ-ın istənilən nöqtəsinə çata bilər.
AZƏRTAC xəbər verir ki, NHK telekanalı bu barədə Yaponiyanın Müdafiə Nazirliyindəki mənbəyinə istinadla məlumat yayıb.
Məlumata görə, ballistik raketin təxmini uçuş məsafəsi 15 min kilometr təşkil edə bilər. Böyük bucaq altında buraxıldığı üçün altı kilometr hündürlüyə qalxan raket min kilometr məsafə qət edərək Hokkaydo adasından 250 kilometr məsafədə Yapon dənizinə düşüb.
Ballistik raket 74 dəqiqə ərzində havada qalıb ki, bu da Şimali Koreya üçün rekord göstəricidir. Ötən ilin martında Pxenyanın buraxdığı raket 71 dəqiqə havada qalmışdı.
Şimali Koreya 2017-ci ildən bəri 5,5 min kilometr və daha çox mənzilə malik 14 ballistik raketin sınağını keçirib. Onlardan yeddisi 2022-ci ildə, dördü isə bu il buraxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]