Şirvanda üzərində xəsarət izləri olan qadın meyitinin tapılması ilə bağlı cinayət işi başlanıb
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də səhər saatlarında Şirvan şəhəri ərazisində 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkarlanması barədə şəhər prokurorluğuna məlumat verilib.
Şirvan Şəhər Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
Hazırda hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi, cinayəti törətmiş şəxs və ya şəxslərin tutulub istintaqa cəlb olunmaları istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən intensiv və zəruri istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]