Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyasətin iki üzü və ya ikiüzlü siyasətçi

Siyasətin iki üzü və ya ikiüzlü siyasətçi

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycanın dünya birliyindəki mövqeyinin getdikcə möhkəmlənməsi ölkəmizə olan inam və etimadın bariz nümunəsidir. Artıq beynəlxalq ekspertlər etiraf edirlər ki, Cənubi Qafqazın postmüharibə dövrünü Azərbaycan diktə edir. Rəsmi İrəvanın yürütdüyü riyakar siyasətin iflasa uğradığı özünü açıq şəkildə büruzə verir. Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyanın ikiüzlü siyasəti işğalçı ölkəni beynəlxalq aləmdə təcrid vəziyyətinə salıb. Brüsseldə, Moskvada, Kişineuda keçirilən üç və dördtərəfli görüşlərdə, habelə beynəlxalq tədbirlərdə verdiyi vədləri bir saat sonra danan Nikol Paşinyanın sülh müqaviləsini imzalamaqdan boyun qaçırmasına artıq bəhanəsi qalmayıb. Necə deyərlər, Paşinyanın bütün manevr imkanları tükənmək üzrədir. Artıq beynəlxalq ictimaiyyətə bəllidir ki, rəsmi İrəvan qeyri-konstruktiv addımları ilə sülh və təhlükəsizliyin təmin edilməsinə mane olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O deyib ki, SSRİ-nin süqutundan 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də özünün müstəqil yolunu, siyasi kursunu müəyyənləşdirə bilməyib. Hazırda Qərblə Rusiya arasında vurnuxan Ermənistan ikiüzlü mövqeyindən əl çəkə bilmir: gah Qərbə, gah da Rusiyaya üz tutur. Azərbaycanın torpaqlarını işğal altında saxladığı müddətdə Fransadan, Avropa İttifaqından və ABŞ-dan külli miqdarda yardım alan Ermənistan bu gün yenə də ümidini yardımlara, ianələrə bağlayıb: “Hazırda Ermənistanı silah-sursatla təmin edən Fransadır. Bu ölkə hələ də qeyri-demokratik yolundan, ikitərəfli mövqeyindən, ayrı-seçkiliyindən və beynəlxalq hüquq normalarına hörmətsizliyindən əl çəkmir, dövlətlərarası münasibətlərdə səmimi olmadığını açıq şəkildə nümayiş etdirir. Görüşlərdə birgə bəyanatları imzalayan, sülh müqaviləsini imzalayacağını vəd edən Paşinyan pərdə arxasında Fransa Prezidenti Makronun hiyləsi və diktəsi ilə hərəkət edir. Axı, Ermənistan işğalçı ölkə olmasında Fransadan heç də geri qalmır. Əslində, Paşinyanla Makrona bir ad daha çox yaraşır: siyasət dəllalları”.

Ə.Bədəlov deyib ki, rəsmi İrəvanın riyakar siyasəti və Paşinyanın ikiüzlü siyasi gedişləri beynəlxalq ictimaiyyəti də təngə gətirib. Azərbaycanla isə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə artır. Çünki Prezident İlham Əliyevin sülhpərəst siyasəti, Ermənistanla münasibətlərin yaxşılaşdırılması yolunda konstruktiv mövqeyi dünya birliyində də məmnunluqla qəbul olunur: “Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün öncə Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçulara könüllü tərk-silah olmağı təklif etməsi, bunun qarşılığında onlara amnistiya vəd etməsi də ABŞ və Qərb siyasi dairələrində müsbət qarşılanıb. ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Metyu Miller Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya vədini dəstəklədiklərini vurğulayıb və bunu yüksək dəyərləndirib. ABŞ diplomatı deyib ki, Cənubi Qafqazda sülh prosesinin uğur qazanması tamamilə mümkündür. Bu baxımdan, biz Prezident İlham Əliyevin amnistiya barədə dediklərini alqışlayırıq.

Siyasi şərhçi bildirib ki, ötən ayın son günündə Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft-Qaz, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin açılış mərasimi ölkəmizin dünya birliyindəki nüfuzunun artmasını təsdiqləyən növbəti hadisə oldu. ABŞ Prezidenti Co Baydenin bu münasibətlə dövlətimizin başçısına ünvanladığı məktub da Ağ evin Azərbaycana olan inam və etimadının göstəricisidir: “Prezident Co Baydenin Azərbaycanın dövlət başçısına ünvanladığı təbrik məktubundan da aydın olur ki, ABŞ Azərbaycanın beynəlxalq münasibətlər və regional təhlükəsizlik sistemindəki əhəmiyyətini və rolunu yüksək qiymətləndirir. Göründüyü kimi, ABŞ 44 günlük Vətən müharibəsinin nəticələrini və Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir”.

Məsələ ondadır ki, Prezident Co Bayden məktubunda son 30 ildən artıq bir dövrdə Azərbaycan və ABŞ-ın transmilli təhlükələrlə mübarizədən inklüziv iqtisadi inkişafa qədər möhkəm tərəfdaşlıq yaratdığını xüsusi olaraq xatırladıb. Ağ ev sahibi ABŞ-ın Azərbaycanın yanında olduğunu qətiyyən gizlətmir. Qeyd edir ki, Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ölkəsinin dəstəyini açıq şəkildə vəd edib. Bununla yanaşı, ABŞ-ın gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləyəcəyini vurğulayıb.

“ABŞ Prezidenti Co Baydenin və Dövlət Departamenti təmsilçisinin mesajları “erməni xəyalları”na sarsıdıcı zərbədir. Halbuki, rəsmi İrəvan və onun siyasi rəhbəri son vaxtlara qədər ABŞ və Qərbin Ermənistana dəstək verəcəyinə ümid bəsləyirdi. Ancaq Ağ ev sahibi Azərbaycanın yanında olduğunu vurğuladı. Bu, həm rəsmi İrəvanın riyakar, həm də Nikol Paşinyanın ikiüzlü siyasətini ifşa etdi”, - deyə Ə.Bədəlov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb