“Snayper həddi” müsabiqəsinin bağlanış mərasimi keçirilib
Bakı, 9 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Belarusun Brest təlim poliqonunda keçirilən “Snayper həddi” müsabiqəsinin təltifetmə və bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdən sonra “Snayper həddi” müsabiqəsi bağlı elan edilib.