Sumqayıt Kimya Sənaye Parkının rezidenti beynəlxalq sərgidə iştirak edib
Bakı, 9 sentyabr, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC 6-8 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən Beynəlxalq "Aquatherm Almaty 2023" sərgisində iştirak edib.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, sərgidə şirkətin istehsal etdiyi polad borular, polietilen məmulatlar, çuqun tökmə məmulatları və s. məhsullar “Made In Azerbaijan” brendi ilə nümayiş etdirilib.