“Sumqayıt” klubu 1237 gündən sonra səfərdə üç qol vurub
Bakı, 3 aprel, AZƏRTAC
“Sumqayıt” klubu Azərbaycan Premyer Liqasının XXVIII turunun səfər matçında “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəlib. “Gənclik şəhəri” təmsilçisi təxminən 3 il 5 aydan sonra rəqib meydanında 3 qol vurub.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Sumqayıtın eyniadlı klubunun sonuncu belə məhsuldarlığı 2019/2020-ci il mövsümündə qeydə alınıb. Tovuz səfərindən 1237 gün əvvəl 2019-cu il noyabrın 10-da “Sabah”ın qonağı olan komanda 3:1 hesablı qələbə qazanıb.
Bundan sonrakı 46 səfər oyununda “Sumqayıt” ikidən çox qol vura bilməyib. 19 dəfə qolsuz qalan komanda 20 matçda 1, 7 qarşılaşmada 2 dəfə fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]