Sumqayıt şəhər və Abşeron rayon sakinlərindən narkotik vasitələr aşkarlanaraq götürülüb
Bakı, 5 fevral, AZƏRTAC
Sumqayıt şəhər və Abşeron rayon sakinlərindən narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, narkotik vasitə ilə tutulmuş Q.Baladadaşovla bağlı aparılan araşdırmalarda ondan narkotik vasitəni götürmüş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş F.Baxşəliyev və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş N.Hüsiyev Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Davam etdirilən tədbirlərlə F.Baxşəliyevdən 19 qram, yaşadığı evdən 2 kiloqram 102 qram metamfetamin, 1 kiloqram 258 qram heroin, 39 qram tiryək, 25 qram marixuana, 70 ədəd metadon həbi, N.Hüsiyevdən isə 10 qram metamfetamin, yaşadığı evdən 590 qram heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.