“Sumqayıt”ın kapitanı növbəti oyunda da oynamayacaq
Sumqayıt, 5 fevral, AZƏRTAC
“Sumqayıt” futbol klubunun oyunçusu Vurğun Hüseynov Azərbaycan Kubokunun 1/4 finalında “Səbail”ə qarşı cavab matçında da iştirak etməyəcək.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, 33 yaşlı müdafiəçi zədə səbəbindən oynamayacaq. Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının XIV turunda Bakıda “Keşlə”ni 1:0 hesabı ilə məğlub etdikləri görüşdə əzələsini dartıb. Kapitan “Səbail”ə 0:1 hesabı ilə uduzduqları kubokun ilk 1/4 final oyununu buraxmalı olub.
Qeyd edək ki, fevralın 6-da "ASCO Arena”da keçiriləcək “Səbail” - “Sumqayıt” qarşılaşması saat 18:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]