TBİLİSİDƏ MƏŞHUR ALİMİN NƏVƏSİ QƏTLƏ YETİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, məşhur tarixçi alim, Tbilisi Dövlət Universitetinin professoru, akademik Məryəm Lordkipanidzenin 16 yaşlı nəvəsi Dato iki nəfər cinayətkar tərəfindən qətlə yetirilmişdir.
Hadisə oktyabrın 27-də gecə Tbilisinin Mitskeviç küçəsində, Datonun yaşadığı binanın qarşısında baş vermişdir. Ürək nahiyəsindən bir neçə bıçaq yarası alan Dato xəstəxanaya yerləşdirilsə də, cərrahiyyə əməliyyatı zamanı keçinmişdir.
Tbilisi şəhərinin hüquq mühafizə orqanları hələlik hadisə ilə bağlı şərh verməmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:06]
Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb
- 05.10.2026 [14:33]
Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır
- 05.10.2026 [14:20]
Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır
- 05.10.2026 [14:16]
Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər
- 05.10.2026 [13:26]