TEXNİKİ UNİVERSİTETDƏ “IREX” NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, Amerika Birləşmiş Ştatları Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (IREX) Azərbaycanda ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə “Magistr dərəcəsi üzrə Edmund S. Maski mübadilə proqramı” və “Avrasiya tələbə mübadiləsi proqramı” həyata keçirir.
Azərbaycan Texniki Universitetində IREX nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə proqramların mahiyyəti, məqsədi barədə ətraflı məlumat verilmiş, qarşılıqlı təcrübə mübadiləsi aparılmışdır.
Qonaqlar tələbələri maraqlandıran suallara cavab vermişlər.