İQTİSADİYYAT
TİKİNTİ-QURAŞDIRMA İŞLƏRİNİN 80 FAİZDƏN ÇOXU AZƏRBAYCANDA YERİNƏ YETİRİLƏCƏKDİR
bp-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Xəzərdə suyun dərin hissəsində yerləşən Azəri-Günəşli-Çıraq neft-qaz yataqlarının tammiqyaslı işlənməsini nəzərdə tutan Faza-3 layihəsi üzrə işlərin 80 faizdən çoxu Azərbaycanda, həm də yerli işçi qüvvəsindən və ölkənin mövcud infrastrukturlarından istifadə olunmaqla yerinə yetiriləcəkdir.
Daha çox vaxt, vəsait və əmək sərfi tələb edən platforma, üst modul və dayaq bloklarının tikintisi və quraşdırılması Heydər Əliyev adına dərin özüllər zavodunda, həyata keçiriləcək, boru-düzmə, kran, daşıma işlərində isə Xəzər dəniz donanmasının gəmi və barjlarından istifadə ediləcəkdir.