Tovuz rayonunda 100 hektarda yeni meşə salınmışdır
Tovuz, 5 dekabr (AZƏRTAC). Tovuz Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, 3550 kiloqramdan artıq toxum tədarük edən meşəçilər müxtəlif cinslərdən olan 800 min ədəd əkin materialı yetişdirmişlər.
Cari ildə 100 hektar yeni meşə salmağı planlaşdıran meşəçilər yazda 46 hektar, payızda isə 54 hektar sahədə bu işi uğurla başa çatdırmışlar.
Bundan əlavə, müəssisə tərəfindən qanunsuz ağac kəsənlərə qarşı mübarizə tədbirləri də gücləndirilmişdir. Ötən on bir ayda 9 meşə qanun pozuntusu aşkarlanmışdır. Qanunsuz ağac kəsənlər 3793 manat məbləğində cərimələnmişlər. Tətbiq edilən cərimələrdən 3221 manatı könüllü ödənilmişdir. Qalan 574 manat cərimənin ödənilməsi üçün sənədlər rayon məhkəməsinə göndərilmişdir.
Müəssisədə qış mövsümü ilə bağlı təbii qırıntılardan odun satışı təşkil edilmiş, 438 kubmetr odun tədarük olunaraq hərbi hissələrə və təhsil ocaqlarına verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]