Tullantılar arasından silah-sursat aşkar edilib
Bakı, 19 yanvar, AZƏRTAC
Bakıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı tullantılar arasından müxtəlif silah-sursat hissələri tapılıb. Yanvarın 19-da “Təmiz Şəhər” ASC-in əməkdaşları həmin tapıntıları polisə təhvil verib.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a bildiriblər ki, tullantılar arasında 1 ədəd baraban tipli tapança, 1 ədəd avtomat darağı, 1 ədəd süngü bıçaq, 1 ədəd 12.7 çapılı patron, 2 ədəd 7.62 çaplı patron, 24 ədəd 5.45 çaplı patron aşkar edilib.
Paytaxtdan yığılan məişət tullantıları hər gün çeşidlənmə zavoduna təhvil verilir. Burada həmin tullantılar tərkibindəki təkrar emala yararlı materialların ayrılması üçün çeşidlənir və yenidən emal zavodlarına göndərilir.
İş prosesi zamanı bəzən tullantılar arasından adi tullantı olmayan əşyalar da tapılır. Təhlükəli əşyalar aşkar edildikdə zavoda polis dəvət olunur və təhvil verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]