TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ BAŞ QƏRARGAH RƏİSİNİN BƏYANATI
Türkiyə ordusu islam təməlçilərinin zorakılıqdan istifadə edib-etməməklə dövlətin demokratik və dünyəvi əsaslarını zəiflətmək üçün hər hansı cəhdlərinin qarşısını qətiyyətlə alacaqdır. AZƏRTAC-ın müxbiri Ankaradan xəbər verir ki, bu bəyanatla Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu general Hilmi Özkök çıxış etmişdir.
O, həmin bəyanatı türk zabiti Mustafa Kubilayın istefaya getdikdən sonra islamçılar tərəfindən qətlə yetirilməsinin 73-cü ildönümü ilə əlaqədar mərasimdə vermişdir.
Silahlı Qüvvələrin nümayəndələri dövlətin inkişafının dünyəvi yolu barəsində öz mövqelərini təsdiqləmək üçün hər il bu mərasimdən istifadə edirlər. Baş Qərargahın rəisi demişdir: “Təməlçilik Türkiyə Cümhuriyyətinin əsas dəyərlərinə həmişə təhlükə törədir. Ordunun dövlət quruculuğunun dünyəvi prinsiplərini qorumaq əzmi dəyişməz qalır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:05]
Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil
- 28.09.2026 [18:19]
BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir
- 28.09.2026 [18:03]