Türkiyədə Ermənistandakı AES-in region ölkələrinə mənfi ekoloji təsiri məsələsi müzakirə olunmuşdur
Bakı, 9 dekabr (AZƏRTAC). Türkiyənin İğdır Universitetində Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının (AES) vilayətə ekoloji təsiri və gələcək təhlükələri ilə bağlı seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, universitetin müəllim və tələbələrinin, ictimaiyyət nümayəndələrinin qatıldıqları seminarın əvvəlində AES-in İğdıra mənfi ekoloji təsirləri ilə bağlı videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə stansiyanın fəaliyyətinin regionun ekologiyası və sosial-iqtisadi həyatı üçün ciddi təhlükə və risk mənbəyi olduğu bildirilmişdir. Stansiyada böyük qəza və ya sızıntı olacağı təqdirdə Türkiyəni və regiondakı digər ölkələri təsiri altına alacağı vurğulanmışdır. AES-in yalnız Qars, Ağrı, İğdır, Yerevan və Naxçıvan şəhərləri deyil, Gürcüstan, Azərbaycan, İran və Türkiyənin də daxil olduğu bütün region ölkələri üçün ciddi problem olduğu qeyd edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]