Türkiyədən Çinə mədən sənayesi məhsulu daşıyan konteyner qatarı Bakıya çatıb
Bakı, 5 fevral, AZƏRTAC
Türkiyədən Çinə yeni növ yük - mədən sənayesi məhsulu daşıyan 42 konteynerdən ibarət blok qatarı Bakı Limanına çatıb.
“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, Türkiyənin Ankara şəhərindən Çinin Sian şəhərinə hərəkət edən qatar “ADY Konteyner”in Türkiyə, Gürcüstan və Qazaxıstandakı tərəfdaşları ilə birgə təqdim etdiyi yeni logistik məhsuldur. Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edərək Bakı Limanına çatan 40 futluq konteynerlərdən ibarət Türkiyənin növbəti ixrac qatarı “Beket Ata” fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına yola salınacaq.
Daşımanın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri - “ADY Konteyner” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) şirkətləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]