UKRAYNA TELEVİZİYASININ “5-Cİ KANALI” CANLI YAYIMDA XOCALI QƏTLİAMININ DƏHŞƏTLİ KADRLARINI NÜMAYİŞ ETDİRMİŞDİR
Kiyev, 27 fevral (AZƏRTAC). Fevralın 27-də axşam Ukrayna televiziyasının populyar “5-ci kanalı” “Avropaya pəncərə” proqramının birbaşa efirində Xocalı soyqırımına həsr olunmuş süjet nümayiş etdirmişdir.
Verilişin aparıcısı, nüfuzlu və istedadlı televiziya jurnalistlərindən biri, Ukrayna XİN-i yanında Diplomatiya Akademiyasının dosenti İqor Slisarenko təkcə Azərbaycan xalqının deyil, həm də bəşəriyyətin tarixinə qanla yazılmış o dəhşətli faciəni əks etdirən kadrları şərh etmişdir.
İqor Slisarenko yaradıcı qrupu ilə birlikdə dəfələrlə Azərbaycanda olmuş, sağ qalmış xocalılılarla görüşmüş, o müdhiş gecə barədə onların xatirələrini lentə almışdır.
Ukrayna televiziyasının “5-ci kanalının, - onu çox vaxt düzgün xəbərlər adlandırırlar, - proqramında ölkəmizin Ukraynadakı səfiri Tələt Əliyev də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]