Ulu Öndər Heydər Əliyevə həsr edilmiş "Hekayələr toplusu" kitabının təqdimatı olub
Bakı, 13 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "Heydər Əliyev İli" çərçivəsində Ulu Öndərə həsr edilmiş "Hekayələr toplusu" adlı yeni kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevlə bağlı fikirlər səsləndirilib.
Bədii hissədə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının Musiqi şöbəsinin şagirdlərinin ifasında musiqi nömrələri, rəqslər təqdim olunub.