Vasif Durarbəyli ölkə çempionatında liderliyini davam etdirir





Bakı, 19 yanvar, AZƏRTAC
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında yeddinci tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, çempionatın lideri Vasif Durarbəyli yeddinci turda Vüqar Əsədli ilə xalı yarı bölüb. Yarışın reytinq favoriti Nicat Abasov Xəzər Babazadə ilə heç-heçə edib. Məhəmməd Muradlı Aydın Süleymanlıya, Eltac Səfərli isə İsmayıl Şahəliyevə qalib gəlib.
Yeddi turdan sonra hesabında 6 xal Vasif Durarbəyli liderliyini davam etdirir. Vüqar Əsədli 5 xalla turnir cədvəlində ikinci pillədə yer alıb. Hərəyə 4,5 xal toplayan Nicat Abasov, Məhəmməd Muradlı, Xəzər Babazadə və Eltac Səfərli 3-6-cı yeri bölüşürlər.
Növbəti sıralarda Aydın Süleymanlı, Ülvi Sadıxov və Murad İbrahimli qərarlaşıblar. Onların aktivində 4 xal var.
Xatırladaq ki, 9 turdan sonra ilk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcək. Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2025 [15:11]
“Red Bull Showring” sentyabrda Budapeştdə keçiriləcək
- 12.05.2025 [15:10]
“Sumqayıt” Vaqif Cavadovla yollarını ayırıb
- 12.05.2025 [15:10]
Xabi Alonsonun “Real Madrid” ilə bağlayacağı müqavilənin müddəti məlum olub
- 12.05.2025 [14:53]
MOK-un Atletlər Komissiyasına yeni üzv seçilib
- 12.05.2025 [12:54]
Ədalətli oyun sahəsində fərqlənənlər mükafatlandırılıb
- 12.05.2025 [12:42]
“Gəncə” voleybol klubu baş məşqçisi ilə yollarını ayırıb
- 12.05.2025 [12:31]