Vilnüs sammiti çərçivəsində Ukrayna-NATO Şurasının ilk iclası olub
Bakı, 12 iyul, AZƏRTAC
Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq bu gün hərbi blokun Vilnüs şəhərində keçirilən sammitində Ukrayna-NATO Şurasının ilk iclasının açılışını edib.
AZƏRTAC xəbər verir ki, şuranın iclasında Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib.
“Bu, tarixi bir məqamdır. Ukrayna və NATO ölkələri Avro-Atlantik təhlükəsizliyinə ümumi baxışı müzakirə etmək üçün yanaşı oturublar”, - deyə Yens Stoltenberq qısa açılış nitqində bildirib. O, həmçinin Volodimir Zelenskiyə Ukrayna torpaqlarını azad etmək və gələcəkdə Rusiyanın təcavüzünün qarşısını almaq üçün hərbi dəstəyi genişləndirməyi vəd edib.
Bundan sonra Ukrayna-NATO Şurasının iclasının qapıları mətbuat üçün bağlanıb. Hazırda iclas qapalı rejimdə davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]