Volodimir Zelenski: Müharibə bitən kimi Ukrayna NATO-nun növbəti üzvü olacaq
Kiyev, 12 iyul, AZƏRTAC
Vilnüsdə keçirilən sammit zamanı Ukrayna Şimali Atlantika Alyansına üzv ölkələrdən dəstək aldı. Ölkəmiz Rusiya ilə müharibə başa çatdıqdan sonra NATO-nun növbəti üzvü olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Vilnüsdə brifinq zamanı deyib.
“Sammitdən nə əldə etdik. Çox müsbət şeylər əldə etdik. Biz həqiqətən birləşməyə nail olduq və liderlər Ukraynanı dəstəklədilər. Onlar Ukraynanın NATO-da olacağına dair birmənalılığı dəstəklədilər. Bunun nə vaxt olacağını deyərək, əminəm ki, Ukrayna-NATO Şurasının iclasında hər bir liderin dəstəyi və bəyanatı NATO-dur, mən inanıram ki, təhlükəsizlik vəziyyəti sabitləşən kimi biz NATO-da olacağıq”, - deyə Zelenski əlavə edib.
O vurğulayıb ki, müharibə bitən anda Ukrayna mütləq NATO-ya dəvət olunacaq. V.Zelenski Vaşinqtonda keçiriləcək növbəti sammit zamanı Ukrayna üçün növbəti mühüm qırarın veriləcəyinə inanır.
“Mənə elə gəlir ki, biz çox çalışmalı və bu sammitə hazırlaşmalıyıq. Bundan əlavə, mənim bir arzum var - qələbə. Mənim bir məqsədim var - qələbə. NATO-ya üzvlük mütləq qələbə ilə gələcək”, - deyə Volodimir Zelenski bildirib.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev