VYANADA XOCALI QURBANLARININ XATİRƏSİNƏ HƏSR OLUNMUŞ AKSİYA KEÇİRİLMİŞDİR
Vyana, 26 fevral (AZƏRTAC). Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi fevralın 26-da Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında bəşəriyyətin ən dəhşətli soyqırımlarından biri - Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar kütləvi aksiya keçirmişdir.
Ştefan meydanında qurulmuş çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilmişdir. Yerli əhaliyə erməni vandalları və keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayı tərəfindən törədilən Xocalı faciəsi barədə ətraflı məlumat verilmişdir. Cəmiyyətin fəalları aksiyaya maraq göstərən insanlarla söhbət edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olması, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasında göstərdiyi səylərdən bəhs etmişlər.
Meydanda quraşdırmış ekranlarda Xocalı soyqırımı haqqında video və fotomateriallar, Almaniyada istehsal edilmiş „Xocalı soyqırımı“ sənədli filmi, eyni zamanda Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyasının internet səhifəsi (www.justiceforkhojaly.org) nümayiş etdirilmişdir. Eyni zamanda “Xocalıya ədalət” kampaniyası çərçivəsində bu soyqırımı pisləyən və aksiyanı dəstəkləyən insanların imzaları toplanmışdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]