Vyetnamda 15 mindən çox insan karantinə yerləşdirilib
Bakı, 28 iyul, AZƏRTAC
Son günlər Vyetnamın sahilyanı Dananq şəhərində qeydə alınan koronavirusun yeni yayılma dalğası və aviareyslər vasitəsilə ölkəyə daxil olan bir neçə nəfərdə COVID-19 infeksiyasının aşkarlanması səbəbindən 15 mindən çox insan karantinə yerləşdirilib.
AZƏRTAC Vyetnamın VNA informasiya agentliyinə istinadla xəbər verir ki, son zamanlar koronavirusa yoluxmuş insanlarla təmasda olan və ya yüksək yoluxma riski olan regionlardan ölkəyə gələn 15 min 33 nəfər nəzarət altına alınıb. Onlardan 322 nəfər xəstəxanalarda, 12 min 458 nəfər karantin mərkəzlərində, 2 min 253 nəfər isə ev şəraitində karantindədir.
İyulun 28-i saat 06:00-a qədər Vyetnamda koronavirusa yeni yoluxma halı qeydə alınmamışdı. Vyetnam hökumətinə məxsus internet-portalın məlumatına görə, Dananq və yaxın əyalətlərdə 15 nəfərin yoluxması ilə nəticələnən COVID-19 infeksiyasının yayılmasına indiyədək ölkədə rast gəlinməyən yeni tip virus səbəb olub. Vyetnamın hakimiyyət orqanları digər əyalətlərdən Dananq şəhərinə gələn 80 minə yaxın turistin təxliyəsinə başlayıb. Hökumətin göstərişinə əsasən, iyulun axırı-avqust ayının əvvəlində bu şəhərdə dincəlməyə hazırlaşan turistlər digər kurort zonalarına göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]