Xaçmazda iki avtomobil toqquşub, xəsarət alan var VİDEO
Xaçmaz, 10 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz şəhərində iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Məmməd Əmin Rəsulzadə və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsində “Mercedes” və “BMV” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində “Mercedes”in sürücüsü xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.