XOCALI FACİƏSİ BÜTÜN İNSANLIĞA QARŞI CİNAYƏTDİR
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tarixçi alim Nəsiman Yaqublu ermənilərin tarixi Azərbaycan torpaqlarına olan ərazi iddialarını həyata keçirmək üçün törətdikləri vəhşiliklər barədə çıxış etmişdir. Natiq tarixi sənədlərin bu iddiaların əsassız olduğunu sübut etdiyini bildirmişdir. Qeyd edilmişdir ki, Xocalı soyqırımının dəhşətləri barədə faktlar və sənədlər dünya ictimaiyyətinə çatdırılmalı, faciəyə beynəlxalq miqyasda siyasi və hüquqi qiymət verilməsi istiqamətində daha geniş iş aparılmalıdır.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirmişdir ki, Xocalı qətliamı bütün insanlığa qarşı cinayətdir. Faciənin 18-ci ildönümü ilə əlaqədar Türkiyə Böyük Millət Məclisində də anma mərasiminin keçirildiyini xatırladan səfir ermənilərin cinayətkar əməlləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]