Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımı bədii ədəbiyyatımızda

Xocalı soyqırımı bədii ədəbiyyatımızda

Bakı, 21 fevral, AZƏRTAC

Qələbə sevincini eşidən ilk dəqiqədə yadıma düşən Xocalı soyqırımı oldu və bir də analoqu olmayan bu faciəni misralarında yaşadıb, “ahın” portretini çəkən şairlər. Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, Nurəngiz Gün, Nüsrət Kəsəmənli, Ələmdar Quluzadə, Ələkbər Salahzadə, Əlirza Xələfli və başqaları. Bu ağrıları uşaq və ana obrazında canlandırırdı Nurəngiz Gün də, Zəlimxan Yaqub da, Nüsrət Kəsəmənli də... Bir ananın - Nurəngiz Günün misralarında bu ağrıları hamilə qadının hələ dünyaya gətirmədiyi körpəsinin ana bətnində ermənilər tərəfindən vəhşicəsinə məhv edilməsindən ağrılı səhnə ola bilməz.

AZƏRTAC xəbər verir ki, bu sətirlər filologiya elmləri doktoru Mərziyyə Nəcəfovanın “Xocalı soyqırımı bədii ədəbiyyatımızda” sərlövhəli məqaləsində yer alıb. Məqaləni ixtisarla təqdim edirik.

Nurəngiz xanım şeirində, bir-birinin üzünü görməyən ana və balanı bir-biri ilə tanış edir. Həyatında iki müharibə yaşayan Nurəngiz xanım erməni qaniçənlərinin xislətini dünyaya çatdırırdı. Əslində şairə bu ağrıları yaza-yaza yaşadığı kimi, həm də obrazların şəklini çəkirdi. Bu tablolarda ananın, qızcığazın və erməni vəhşiliyinin portretini yaradırdı.

Kim öldürdü körpə səni,
Doğulmayan əllərini?
Kim öldürdü gözlərini?
Kipriklərin uzundurmu,
Tellərin nə rəngindəydi,
Qaramı, qızılıydımı?

-deyə insanlığa qarşı törədilən ağır, ürəkdağlayan cinayəti bədii sualların, poetik ifadələrin təsir gücü ilə oxucuya ünvanlayır, erməni vəhşiliyinin dəhşətlərini poeziyaya gətirirdi. Ana bətnində erməni gülləsinə tuş gələn körpənin və ananın faciəsi əslində bütün bəşəriyyətin faciəsidir.

Bu kədərli duyğular silsiləsi şairənin “Xocalı simfoniyası” poemasında da davam etdirilir. “Xocalı simfoniyası” əsəri Xocalıda şəhid olmuş insanların xatirəsinə həsr edilən ən dəyərli əsərlərindəndir. Dünyaya ucalan haqq səsidir, Xocalı soyqırımının qurbanlarına ucaldılan sənət abidəsidir.

Nurəngiz Günün bu əsəri “İlahi, sən onlara rahatıq ver!...” ifadəsi ilə başlaması özü ağrılarımıza, müsibətlərimizə işarədir. Poema şair harayıdır, şair fəryadıdır. Müəllifə görə, torpaq altındakı dipdiri ölülərə ancaq rahatlıq gərəkdir. Onların ruhları nə qədər rahatsızdır, əzgindir, yaralıdır, onlar ölməyiblər, daha doğrusu onlar ölə bilməyiblər. Bu insanlar təhqir olunublar. Dünyaya gəlməyən körpələr anaların bətnində süngüyə keçiriliblər, balaca uşaqlar qəddarlıqla öldürülüblər, ixtiyar qocaların başları kəsilib, gözləri çıxarılıb, qadınlar diri-diri yandırılıblar.

44 günlük savaşda da ədəbiyyatın, sözün Azərbaycan döyüşçüsünün vətənpərvərlik hisslərinə təsirsiz ötüşmədiyini gördük. Söz adamlarının əllərindəki qələmi süngüyə çevirdiklərinin şahidi olduq. Emin Piri, Oğuz Alparslan, Elvin İntiqamoğlu və onlarca jurnalistimiz torpaqlarımızı azad etməklə, həm də Vətən müharibəsinin salnaməsini yazdılar.

Apardığımız araşdırmalardan görünür ki, 44 günlük Vətən müharibəsi mövzusunda yaranan poeziyada da Xocalı ağrısı nəinki unudulmayıb, hətta o igidlərimizi Xocalı hadisələri hər zaman qisasa səsləyib. İstər poemalarda, istərsə də lirik poeziya nümunələrində, belə demək mümkünsə, Zəfər sevinclərinin elə içində o ağrı yenidən qövr edib. Döyüşçü-şair Oğuz Alparslanın Xocalı haqqında şeirində bir mətləb hasil olur. Azərbaycan döyüşçüsünün 30 illik Xocalı ağrıları ilə yaşadığının şahidi oluruq. Bunu ən çox döyüşçü-şairlərin - Oğuz Alparslanın, Emin Pirinin, Elvin İntiqamoğlunun yaradıcılığında izləmək olur. Oğuzun Xocalıda təcavüzə uğrayan 13 yaşlı qıza ünvanladığı şeirdə isə o ağrıların qövr etdiyinin reallığını görmək olur:

Yaddaşımın qan yeri,
Oyan! Qaldır üzünü...!
Bax... Sökülür dan yeri.
“Otuz il”lik yaddaşına bir daş at,
Xocalının dəhşətini yaşayan,
Erməni nifrətini öz bətnində daşıyan,
O, balaca qızcığazın ağrıları dindimi?
Acıları dindimi?

Şeirdə o qızcığazın öcünü almaq üçün canını qurban verən bir Azərbaycan əsgərinin obrazı da var. Bu əslində ümumiləşdirilmiş Azərbaycan əsgərinin obrazıdır. 44 günlük döyüş zamanında bu qızcığazın ağrıları o oğulların yaddaşından itməyib.

Ədəbiyyatın vaxtında qopardığı fəryadlar, səsləyişlər özünü savaş meydanlarında göstərirdi. Oğuz Arpaslan çıxışlarının birində deyir ki, “Mən Xocalı azad edildikdən sonra bu şeiri yazdım və uzun zaman heç nə yaza bilmədim”.

Bu ideya Eminin də yaradıcılığında ağrılıdır. Eminin Xocalı soyqırımı törədənlərə verdiyi böyük bir dərs də tariximizdə qırmızı bir xətlə qaldı. Emin Piri “Uşaqlardan uşaqlara Xocalı” adlı müharibə gündəliyində yazır: “Xocalıdayıq. Daha doğrusu kəndlərində. Ordumuzun işğaldan azad etdiyi o müqəddəs torpaqlarda... Xocalı adı elə adamı vahiməyə salır. Uşaqlıqdan izlədiyimiz videolar, yazılar, şahid ifadələri Xocalını düşüncəmdə cəhənnəm bir məkan kimi formalaşdırır. Amma ayağımı o torpağa qoyandan əvvəlki düşüncələrim 180 dərəcə dəyişir. Yeni bir Xocalı yaradıram özümə”. Xocalı ilə bağlı ağrıları unudub özünə cənnət Xocalı yaradaraq girdiyi bir erməni evində qalaq-qalaq şəkillər, uşaq arabası, uşaq geyimi görən şair döyüşçünün düşüncəsini alovlandırır. Onun düşüncəsi dünyaya meydan oxuyur. Bu yerlərdə hələ dünyaya gəlməyən uşaqları ana bətnində şişləyib çıxaran bir erməni obrazı ilə Azərbaycan döyüşçüsünün obrazı bütün dünyaya səs salmalıdır. Döyüşçü-şair yerə dağılan o uşaq şəkillərini bir-bir yığır. 10-12 yaşlarında olan bir uşağın şəkillərini qarşısına yığan əsgər yazır: “Bir anda ruhumdakı vəhşi yoxa çıxır. Hara gedib, bilmirəm. İndi Emin Piri ilə birgəyəm bu otaqda və qarşımda albomdan mənə boylanan uşaq... 10-12 yaşında olan uşağın şəkilləri. Doğulandan bu yaşa kimi olan şəkillər. Bəlkə də, bu evdə ondan qabaq azərbaycanlı uşaq yaşamışdı, yaşı bizdən böyük, bizdən əvvəl doğulan, amma heç zaman böyüməyən bir uşaq... Təkəm, uşaq çarpayısında oturub albomu vərəqlədikcə hönkürürəm”.

Ev-ev gəzib uşaq şəkillərini yığan döyüşçü-şair bütün uşaq şəkillərini özü ilə Bakıya gətirməyə söz verir. Uşaqlıq xatirələrini Xocalı qırğınında itirən o məsumları xatırlayır. Bu hadisə Azərbaycan xalqının itirmədiyi xarakteridir. Sonda isə “İndi düşünürəm: şəkillərini yığdığım o uşaqlar sağ-salamat qala bildimi?” deyən Eminin bu sualı Xəlil Rzanın, Zəlimxan Yaqubun misralarını yadıma saldı. Xocalı soyqırımını dünyaya çatdıran Xəlil Rzanın o ötkəm səsi qulaqlarımda cingildədi:

Süngülərə keçirdilər, yüz uşağı, min qundağı,
Ağsaqqalı, ağbirçəyi, ayüzlünü, gül dodağı.
Od qarışıq külə döndü yun şalının hər saçağı,
Uçdu, qondu buludlara igidlərin çal papağı.
Unutmazsan o papağı, Odlar yurdu, Od torpağı!

“Azərbaycan xalqının zülmü yerdə qalmasın” - deyə qələmini süngüyə çevirmiş Zəlimxan Yaqubun isə bütün əsərləri Xocalı soyqırımının yaşantılarını əks edirdi. “Ey Vətən oğulları” adlı poemasında şair Azərbaycan əsgərini zəfər zəngini çalmağa çağırırdı və o böyük zəfəri görürdü.

Ey vətən oğulları!
Çalın zəfər zəngini,
Bu torpağın səsinə, sorağına çevrilin!
Yandırın işıqları yurdun kəhkəşanında,
Gözümüzün nuruna, çırağına çevrilin!

Bu kimi çağırış tipli ədəbiyyat nümunələrinin bugünkü Qələbəmizdə əhəmiyyəti danılmazdır. Bu gün Xocalı soyqırımında vəhşiliklə qətlə yetirilənlərin ruhu nə qədər şaddırsa, bir o qədər də ədəbiyyat adamlarının ruhu şaddır. Xocalı qisasını alan, Ali Baş Komandanın ətrafında birlik, bərabər olan bütün Azərbaycan oğullarına, Azərbaycan Ordusuna min alqış. Var olsun qamətimizi dik, başımızı uca edən Azərbaycan Ordusu!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq